Şoyqu ölən ukraynalı əsgərlərin sayını açıqladı

REGİON 01 dek 2023, 19:37
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynanın "əks hücum" zamanı 125 mindən çox əsgər və 16 mindən çox silah itirdiyini iddia edib.

Demokrat.az
xəbər verir ki, o, bu barədə Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxsləri ilə görüşündə açıqlama verib.

O bildirib ki, Ukraynada tam səfərbərlik, Qərb silahlarının tədarükü və strateji ehtiyatlardan istifadə münaqişə bölgəsindəki vəziyyəti dəyişməyib: 

“Bu çıxılmaz hərəkətlər yalnız Ukrayna Silahlı Qüvvələrinin bölmələrində itkiləri artırıb. 6 ay davam edən əks-hücum əməliyyatı zamanı düşmən 125 mindən çox insan və 16 min müxtəlif silah itirib. 

Rusiya hərbçilərindən ibarət qruplar Ukrayna Silahlı Qüvvələrinə böyük ziyan vurub. Biz xüsusi hərbi əməliyyatların təcrübəsini nəzərə alaraq fəal müdafiə ilə məşğul olmağa və ordumuzun döyüş potensialını artırmağa davam edəcəyik".

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top