İsrail İspaniyadakı səfirini geri çağırdı

DÜNYA 30 noyabr 2023, 21:46
İsrailin xarici işlər naziri Eli Koen İspaniyanın baş naziri Pedro Sançesin İsrailin Fələstin torpaqlarını sistemli şəkildə işğal etdiyi barədə açıqlamalarından sonra ölkəsinin səfirini Madriddən geri çağırmaq qərarına gəldiyini açıqlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Eli Koen X sosial media platformasında açıqlama yayıb.

Ölkəsinin “beynəlxalq hüquqa uyğun hərəkət etdiyini” iddia edən Koen İsrailin Madriddəki səfirini məsləhətləşmələr üçün geri çağırmağa qərar verdiyini açıqlayıb. 

Koen qeyd edib ki, onlar “Həmas məhv edilənə və bütün israilli məhbuslar azad edilənə qədər” Qəzzaya hücumları davam etdirəcəklər.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top