Fransada bu proqramlardan istifadə qadağan edildi

DÜNYA 30 noyabr 2023, 20:59
Fransada hökumət nümayəndələrinə "Telegram","WhatsApp" və "Signal" kimi mesajlaşma proqramlarının istifadəsi qadağan edilib.

Demokrat.az xəbər verir ki, bu barədə “Le Figaro” məlumat yayıb.

Məlumatda, təhlükəsizlik məqsədi ilə hökumət üzvlərinin ən geci dekabrın 8-dək yerli Olvid mesajlaşma tətbiqini quraşdırmalı olduğu qeyd edilib.

Həmçinin bildirilib ki, Olvid tətbiqi Milli İnformasiya Sistemləri Təhlükəsizliyi Agentliyindən (ANSSI) səviyyəli təhlükəsizlik sertifikatı almış yeganə proqramdır.

Olvid proqram şirkəti 2019-cu ildə iki fransız kibertəhlükəsizlik mütəxəssisi tərəfindən yaradılıb.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 may 2025, 13:20
12 may 2025, 12:46
Top