"8-ci km Ticarət Mərkəzi" LƏĞV OLUNUR

İQTİSADİYYAT 30 noy 2023, 17:00
"8-ci km Ticarət Mərkəzi" MMC ləğv olunduğunu elan edib.

 Demokrat.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Məlumatda deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxiçavanski küçəsi, 38 K ünvanına bildirə bilərlər.

Xatırladaq ki, "8-ci km Ticarət Mərkəzi" 2000-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,031 milyon manatdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top