Hikmət Hacıyevdən azərbaycanlı qadın istehkamçılarla bağlı PAYLAŞIM

DAXİLİ SİYASƏT 30 noy 2023, 09:06
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın qadın istehkamçıları ilə bağlı paylaşım edib.

Demokrat.az xəbər verir ki, Prezidentin köməkçisi sosial şəbəkədə yazıb:

“Azərbaycanın cəsur qadın istehkamçıları fiziki təhlükəsizliyini potensial riskə ataraq insanların həyatını xilas etmək, “ölüm toxumu”nun kökünü kəsmək və bu torpaqları uşaqlar, ailələr və icmalar üçün təhlükəsiz vəziyyətə gətirmək üçün Ermənistanın Azərbaycan ərazilərini çirkləndirdiyi minalardan təmizləmə əməliyyatlarında iştirak edirlər”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top