Samvel Şahramanyan hər gün Bakıya ZƏNG EDİR

REGİON 29 noy 2023, 16:08
Qarabağdan qovulmuş separatçıların “keçmiş müdafiə naziri” Samvel Babayanın deyib ki, özünü buraxmış qondarma "Artsax"ın sonuncu başçısı Samvel Şahramanyan Azərbaycanla təmasdadır.

Demokrat.az
xəbər verir ki, Babayan bu barədə jurnalistlərə açıqlamasında bildirib.
 
“Çox sevdiyiniz Samvel Şahramanyan danışıqlar aparır, hər gün Bakıya zəng edir, indi nə danışır, ondan soruşun”, - deyə o bildirib.

Babayanın sözlərinə görə, bu barədə qondarma “Artsax deputatları”na Şahramanyan özü məlumat verib.
 
Samvel Babayan onu da əlavə edib ki, Şahramanyan Qarabağ ermənilərinin evlərinə qayıtması ilə bağlı Azərbaycan tərəfi ilə danışıqlar aparır.

O, Şahramanyandan hansı rəsmilərlə danışıqlar apardığını açıqlamayıb.

“Bunu “Artsax deputatları”ndan soruşun”, - o, jurnalistlərə kinayə ilə deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top