Türkmənistanda SOCAR-ın ofisi açıldı — FOTO

SƏNAYE VƏ ENERGETİKA 28 noy 2023, 17:41
Türkmənistanın paytaxtı Aşqabadda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndəliyinin ofisi açılıb.

Demokrat.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Türkmənistana işgüzar səfərimiz çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə Aşqabadda SOCAR-ın nümayəndəliyinin ofisinin açılışında iştirak etdik. Bu təşəbbüs şirkətin Türkmənistanda uzunmüddətli fəaliyyətinin möhkəmləndirilməsinə, ölkələrimizin energetika sahəsində ortaq maraqlarının reallaşmasına inamın təzahürüdür”, - deyə M.Cabbarov bildirib.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top