Bakıda ər arvadına xəsarət yetirdi — TƏFƏRRÜAT

KRİMİNAL 28 noyabr 2023, 14:32
Bakının Xəzər rayonunda 1991-ci il təvəllüdlü Salman ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Gülşənə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivində baş verib. 

Salman yaşadığı evdə həyat yoldaşı Gülşənlə aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.

Mübahisə nəticəsində Gülşəni yumruqla sağ gözaltı nahiyəsindən vurub və daha sonra onu divara çırpmaqla döyüb.

Hadisəni törədən Salmanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Salman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, 2013-cü ildə Gülşən ilə ailə həyatı qurub: “Bu evlilikdən üç övladımız olub. Əvvəllər münasibətlərimiz yaxşı olsa da, sonradan münasibətlərimiz pisləşdi. Biz boşanma həddinə çatdıq. Rəsmi olaraq boşanmasaq da, təxminən 7-8 ay bundan əvvəl Gülşən mənim evimdən çıxaraq atasının evinə getdi. Gedərkən uşaqlarımızı da özü ilə birlikdə apardı”.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü qaynatasının evinə gedib: “Həmin vaxt Gülşən evdə olmayıb. Mən həmin gün Gülşəni görmədimr. Gülşəni görmədiyim üçün aramızda nə mübahisə olub, nə də onu döyməmişəm”.

İş üzrə zərərçəkmiş Gülşənin sözlərinə görə, 2023-cü ilin yanvar ayından etibarən münasibətləri pisləşib və onlar boşanmağa qərar veriblər: “Ayrılmağımıza baxmayaraq Salman mütəmadi olaraq uşaqları görmək üçün yaşadığım evə gəlb. Uşaqlar mənimlə birgə Binə qəsəbəsində, Atçılıq massivində yaşayırıq. Hər dəfəsində uşaqları görmək üçün gəldiyini desə də, münaqişə yaradaraq məni döyüb. Hadisə baş verən günü yaşadığım evdə olan zaman Salman yenidən uşaqları görmək üçün gəldi. Evə girərək dedi ki, biz ayrılmamalıyıq. Lakin buna etiraz etdim. Etiraz etdiyim üçün salman məni döyməyə başladı. Evdə heç kəs olmayıb. Evdə yalnız uşaqlar və mən olmuşam. Münaqişə əsnasında Salman yumruqla sağ gözaltı nahiyəmdən vurdu və məni əlləri ilə tutaraq divara çırpdı. Daha sonra müqavimət göstərmədiyimi gördü və özü sakitləşərək getdi”. 

Bu cinayət işinə Xəzər rayon Məhkəməsində baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. 
Bu səbəbdən Salmanın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 may 2025, 13:29
Top