"Sual verəndə cavabını gözləyin"

ŞOU-BİZNES 28 noy 2023, 00:27

Müğənni Mətanət Əsədova efirdə aparıcılara irad bildirib.

Axşam.az xəbər verir ki, Zaur Nəbioğlu və Aysel Novruzova aparıcısı olduqları “Rəngarəng səhər” verilişində qonaq olan ifaçıya sual versələr də, Mətanətin cavablamasına imkan yaratmayıblar.

Mətanət sözünün kəsməsinə əsəbiləşib və onları tənqid edib:

"Sual verəndə qulaq asın, cavabını gözləyin. Aparıcıların bu xasiyyətinə əsəbiləşirəm. Sualı da özü verəcək, cavabı da, imkan vermirlər. Elə bil dilotu yeyiblər. Sual verəndə imkan verin, o sualın əsasında müğənni cavab verə bilsin".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top