Dünya çempionu olmuş Azərbaycan şahmatçısı Vətənə qayıdıb

İDMAN 25 noy 2023, 23:46

İtaliyada 18 yaşadək şahmatçılar arasında keçirilən dünya çempionatında qalib olmuş Azərbaycan idmançısı Ayan Allahverdiyeva Vətənə qayıdıb.

"Report"un məlumatına görə, onu Heydər Əliyev Beynəlxalq Aeroportunda yaxınları, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər qarşılayıblar.

Qeyd edək ki, A.Allahverdiyeva Montesilvano şəhərində 18 yaşadək şahmatçılar arasında keçirilən dünya çempionatında qızıl medal qazanıb. O, 11 oyunda 9,5 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb.

Yarışda 94 ölkədən 1 000-ə yaxın şahmatçı iştirak edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top