Azərbaycan musiqiləri Ukraynanın aparıcı radiosunun EFİRİNDƏ

MEDİA 24 noy 2023, 16:12
Ukraynanın aparıcı radio stansiyalarından biri olan “DJ FM” radiosunun efirində Azərbaycan musiqiləri səsləndirilməyə başlayıb. 

Demokrat.az
məlumat üçün bildirir ki, paytaxt Kiyev şəhərindən yayımlanan “DJ FM” Ukraynanın ən aparıcı 5 musiqili radiosundan biri hesab olunur.  

Radiostansiyanın efir formatı bütün janrlarda (rok, pop, klassik, dans-pop və s) olan musiqi trendlərinə və hitlərinə üstünlük verir.

“DJ FM” radiosu Ukraynanın TOP 5-də olan ən populyar və sabit mövqe tutan stansiyalardan biridir. “DJ FM” radiosu dünyanın və Ukraynanın ən yaxşı DJ-lərinin təqdimatında brend şouları və dünya rəqs səhnəsinin ulduzları ilə eksklüziv müsahibələri ilə efir yayımı həyata keçirir. 



Qeyd edək ki, hazırda Ukraynanın maliyyə nazirinin müşaviri vəzifəsində çalışan Azər Xudiyevin Azərbaycanın Ukraynadakı səfiri işlədiyi (2016-2020-ci illərdə) dövrdə “DJ FM” radiosunun rəhbərliyi ilə əməkdaşlıq haqqında razılıq əldə olunub. Sözügedən əməkdaşlıq çərçivəsində Azərbaycanın tanınan musiqi nümunələri mütəmadi olaraq “DJ FM” radiosunun efirində yayımlanır. 

“DJ FM” radiosunun yayımını buradan dinləmək mümkündür. 

Məsələ ilə bağlı Azərbaycanın Ukraynadakı sabiq səfiri Azər Xudiyevlə əlaqa saxlmağa çalışsaq da, telefon zənglərimizə cavab verməyib. 


Elmar Heydərli
Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top