Bakının Səbail rayonunda 1986-cı il təvəllüdlü Əli həyat yoldaşı Lətifəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin avqustun 5-də baş verib. Əli yaşadığı mənzildə ailə münaqişəsi zəminində arvadı Lətifənin sifətindən yumruq zərbələri ilə vuraraq ona xəsarətlər yetirib.
Hadisəni törədən Əlinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əli ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, son zamanlar işləri yolunda getmədiyi üçün evdə həyat yoldaşı ilə mübahisələri olub: “Avqustun 5-də icarə pulunu verə bilmədiyim üçün işlədiyim avtotəmir sexinin sahibi məni işdən çıxardı. Həmin gün saat 22.00-da işdən çıxmağımın gərginliyində olduğum üçün həyat yoldaşım ilə mübahisə etdim. Onu döyərək xəsarət yetirdim”.
Bu cinayət işinə Səbail rayon Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən Əlinin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad olunub.
Fariz Məlikli
Demokrat.az