Beynəlxalq Avrasiya Mətbuat Fondunun işçisi prokurorluğa ÇAĞRILDI

DAXİLİ SİYASƏT 24 noy 2023, 12:26
Beynəlxalq Avrasiya Mətbuat Fondunun keçmiş işçisi yalan məlumata görə prokurorluğa çağırılıb.

Demokrat.az
xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunub ki, bəzi sosial şəbəkə səhifələrində guya Ağdam rayonunda müxtəlif ərazilərin minalaşdırılması görüntüsünün formalaşdırılması ilə bağlı yayılmış məlumatlar üzrə araşdırma aparılıb. Müəyyən edilib ki, 1999-cu il təvəllüdlü Emin Nəcəfzadə Ağdam rayonunun Baş Qərvənd kəndinin yaxınlığında çəkiliş apararaq həmin mina olmayan ərazilərdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbərliyinin göstərişi ilə guya təhlükənin mövcud olmasını göstərmək məqsədilə müxtəlif nişanlar və yararsız minalar yerləşdirildiyini iddia edib.

Bildirilir ki, istinad olunan təşkilat həmin ərazilərdə minatəmizləmə işlərində iştirak etməyib. Qeyd olunan ərazidə səlahiyyətli dövlət orqanları tərəfindən minatəmizləmə işləri həyata keçirilib, eyni zamanda təhlükənin qarşısının alınması məqsədilə monitorinqlər davamlı həyata keçirilir.

Şəxsi qərəzlilik zəminində və Fondun keçmiş əməkdaşı kimi işçi münasibətlər zamanı ortaya çıxmış narazılığı səbəbindən Emin Nəcəfzadənin irəli sürdüyü əsassız və həqiqətə uyğun olmayan iddiaları əhalinin təhlükəsizliyinin təmin olunmasına kölgə salmaqla yanaşı cəmiyyət içində ciddi narahatçılığa və təşvişə səbəb olub.

“Prokurorluq haqqında” qanunun 22-ci maddəsinə əsasən Emin Nəcəfzadə Tərtər rayon prokurorluğuna dəvət olunaraq ona xəbərdarlıq edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top