Goranboy rayonunda 1971-ci il təvəllüdlü Anar münaqişə zəminində oğlu Kazıma (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Goranboy rayonu Nizami kənd ərazisində baş verib.
Anar kənddə yerləşən fərdi yaşayış evinin həyətində Kazım ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində mübahisə edib. Yaranmış mübahisə zamanı Anar dəmir parçası və yumruqla Kazımın göz və baş nahiyəsindən vurub.
Hadisəni törədən Anarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Anar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Kazım oğludur: “Biz bir müddət birlikdə yaşasaq da, hazırda ayrı yaşayırıq. Hadisə günü, saat 23.00-da evimin həyətinə sərxoş vəziyyətdə daxil oldum. Bu zaman oğlum Kazımla söhbət edən zaman mənim sərxoş olduğuma görə iradlar bildirdi. Mən də əsəbiləşərək Kazımın ünvanına nalayiq ifadələr işlətdim. Sonra əsəblərim sakitləşmədiyi üçün yerdə olan dəmir parçasını götürərək Kazımın baş nahiyəsinə 1 dəfə, yumruqla isə sol göz nahiyəsinə 1 dəfə zərbə vurdum. Sonra oradan getdim”.
Bu cinayət işinə Goranboy rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Anar 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin üzərinə daimi yaşayış yerini axşam saat 23.00-dan növbəti gün səhər saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.
Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Goranboy rayon İcra və Probasiya Şöbəsinə həvalə edilib.
Fariz Məlikli
Demokrat.az