Rusiyada təyyarə quşlarla toqquşdu - 74 yaralı var (YENİLƏNİB+VİDEO)

DÜNYA 15 avq 2019, 23:04

Rusiyada sərnişin təyyarəsi quş sürüsü ilə toqquşub.  Moskvanın Jukovski limanından qalxan hava gəmisi qısa müddət sonra təcili eniş edib. 

 

Bildirilib ki, quşlardan bir neçəsi nəqliyyat vasitəsinin motoruna girib. 

 

"Airbus A321" markalı təyyarədə 226 sərnişinin olduğu qeyd edilib. Onlardan 10-u yaralanıb, 4-ü təcili olaraq xəstəxanaya aparılıb. 

 
***

Təcili eniş edən təyyarədə yaralananların sayı 74 nəfərə çatıb. Hazırda xəstəxanada müalicə olunanların sayı 1 nəfərdir. 

 

Qeyd edək ki, təyyarədəki bütün sərnişinlərə 100 min rubl məbləğində kompensasiya ödəniləcək. 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top