YapiKredi Müraciət Forması
Hadisə

Xırdalanda mənzildə meyit tapıldı

Xırdalanda mənzildə meyit tapıldı

Xırdalanda mənzildə meyit tapılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

"112" qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhərində 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

D
demokrat.az