Hakan Fidan britaniyalı həmkarı ilə görüşdü

REGİON 22 noy 2023, 21:15
Türkiyənin xarici işlər naziri Hakan Fidan Qəzza məsələsi ilə əlaqədar İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının nümayəndələri, eləcə də Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron ilə görüşüb.

Demokrat.az
xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqası tərəfindən Qəzzada müharibənin dayandırılması və daimi sülhün təmin edilməsi üçün beynəlxalq təşəbbüs göstərmək üçün təyin olunan nümayəndə heyəti bu gün Londonda olub. 

Xarici işlər naziri Hakan Fidan həmkarları ilə birlikdə Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeronla görüşüb.


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top