“Kontakt”da ilin ən böyük endirimləri davam edir — Son 5 gün, 70%-dək endirim

SOSİAL 22 noy 2023, 12:58
“Kontakt” mağazalar şəbəkəsinin elan etdiyi “Böyük Cümə” kampaniyası ilin ən böyük endirimləri ilə davam edir. Kampaniya başladığı gündən artıq minlərlə müştəri şəbəkənin mağazalarına axın edərək, arzuladıqları məhsulları böyük endirimlərlə ala biliblər.

Siz hələ də kampaniyadan yararlanmağa fürsət tapmamısınızsa heyfislənməyin. Çünki, noyabrın 26-dək ürəyinizdən keçən istənilən növdə məhsulları “Kontakt” mağazalarına gəlib 70%-dək endirimlərlə ala bilərsiniz. Kampaniya həm də kontakt.az onlayn mağazasında da keçərlidir.

Qeyd edək ki, xəyallarınızdakı məhsulun endirimli qiymətini indi 3 yox, düz 6 aya bölərək rahat şəkildə ödəmə imkanınız da var. Üstəlik əgər siz taksit kart sahibisinizsə, endirimli qiyməti 18 aylıq faizsiz hissələrə də bölə bilərsiniz.

Bitmədi, alıcıların rahatlığını düşünərək noyabrın 24-ü, 25-i və 26-sı şəbəkənin

- “Ukrayna Dairəsi”;

- “İnşaatçılar metrosu”;

- “Bakıxanov stansiyası”;

- “Azadlıq metrosu”;

- Cavid t/m ilə üzbəüz yerləşən yeni “Sumqayıt” mağazası;


- O cümlədən Gənclik MallDəniz Mall mağazaları gecə saat 00:00-dək fəaliyyət göstərəcək.  

İndi isə son 5 gün fürsətlərini diqqətinizə çatdırırıq:

Ütüyə 70% ENDİRİM – 2000 Vt gücə malik buxarlı Hoffmann ütüsü cəmi 5 gün ərzində 18 manata olub, həm münasib qiyməti, həm də rahat istifadəsi ilə əlinizdən tutacaq.

Mikrodalğalı sobaya 50% ENDİRİM – Qiyməti kampaniya günlərində cəmi 100 manata olan Gorenje mikrodalğalı sobası 17 lt tutuma malikdir. Bu soba ilə yeməklərinizi saniyələr içərisində isidə, donmuş qidaların buzunu aça, həmçinin avtomatik təmizləmə funksiyasından faydalana bilərsiniz.

Qabyuyana 50% ENDİRİM – Cəmi 400 manata qabyuyan? Bəli, bu reallıqdır. 12 dəst tutumlu sözügedən Hoffmann qabyuyanı 6 proqramla çalışa bilir. Model A++ enerjiistifadə sinfinə aid olmaqla yanaşı, az miqdarda su sərfiyyatı ilə qabların yuyulmasını da ən yaxşı şəkildə təmin edir. Məhsulun çatdırılması və quraşdırılması isə tamamilə pulsuzdur.

Smartfona 27% ENDİRİM – Endirimli qiyməti cəmi 400 manata olan Samsung Galaxy A24 smartfonu 128 GB daxili yaddaş, 6.5"-lük geniş ekran, 50 MP + 5 MP + 2 MP əsas kamera və 5000 mAh batareya tutumu ilə təchiz olunmuşdur. Modelin şəbəkənin mağazalarında “black”, “silver”, “dark red” və “light green” rəngləri mövcuddur.

Odur ki, kampaniya və endirimli məhsulların stoku bitmədən sizə yaxın “Kontakt” mağazasına yaxınlaşmağa tələsin!

Mağaza ünvanları ilə buradan tanış ola, ətraflı məlumat üçün isə *6060 Çağrı Mərkəzi ilə əlaqə yarada bilərsiniz.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top