“SPECA” İqtisadi Forumunda energetika nazirinin müavini Samir Vəliyev bildirib ki, Azərbaycanda 2027-ci ilin sonuna qədər elektrik enerjisi sisteminin qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payı təqribən 33%-ə çatdırılacaq.
O qeyd edib ki, hazırda ölkədə istehsal olunan elektrik enerjisində bərpa olunan mənbələrin istehsal gücü 1688 MVt, təqribən 20% təşkil edir. 2030-cu il üçün bu göstəricini 30%-ə çatdırmaq planlaşdırılır.
Enerji sahəsi üzrə ekspert İlham Şaban Demokrat.az-a açıqlamasında deyib ki, 2023-cü ilin oktyabr ayında istifadəyə verilmiş günəş elektrik stansiyası gələn il tam gücü işləyəcək:
“Növbəti il Xızıda Səudiyyə Ərəbistanının “Acwa Power”şirkəti tərəfindən inşa edilmiş “Xızı-Abşeron” külək elektrik stansiyasının istifadəyə verilməsi planlaşdırılır. Bu mənbələrdən əlavə olaraq 1 milyard KVT (kilovat/saat) elektrik enerjisi əldə edəcəyik.
2022-ci ildə alternativ enerji mənbələrindən cəmi 50 milyon KVT elektrik enerjisi hasil edirdik. Cəbrayılda BP şirkəti ilə 230 MVT gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasının tikintisi də planlaşdırılır. Qarşıdakı 3 il ərzində ümumilikdə yaşıl enerjidən alınan həcmləri azı 2,5-3 milyard KVT-a qədər artıra bilərik. Bunun üçün potensial var, sadəcə müqavilə imzalanacaq şirkətlərlə birgə prosesi sürətləndirmək lazım gələcək.
Azərbaycanda təxminən il ərzində 29 milyard KVT elektrik enerjisi istehsal olunur. 2027-ci ildə yəqin ki, bu, 30 milyardı keçəcək. Hesab edirəm ki, elektrik enerjisinin payında yaşıl enerjinin xüsusi çəkisi təxminən 10-15 faiz olacaq”.
Törə Zeynallı
Demokrat.az