Qazaxda yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var

HADİSƏ 21 noy 2023, 23:35

Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.

Hərəkətdə olan minik maşını VAZ markalı maşına çırpılıb.

Qəza zamanı 1958-ci il təvəllüdlü İlhamə Xamuyeva, 1989-cu il təvəllüdlü Rövşən Nuruyev, 1995-ci il təvəllüdlü Şəhanə Bənnayeva, 1993-cü il təvəllüldü Elman Tağıyev, Coşqun Rəhimov və 2022-ci il təvəllüdlü Rəsul Nuruyev xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top