Bu şəhərdə hamı Santa Klaus ola bilməz

MARAQLI 21 noyabr 2023, 20:59
Böyük Britaniyada Milad ərəfəsində Santa Klaus məktəbləri təşkil edilir.  Bu il də ənənə davam edir. 

Demokrat.az BBC-yə istinadən xəbər verir ki, bu il Santa Klaus olmaq üçün təşkil edilən xüsusi məktəbdə 20-yə yaxın namizəd parta arxasına əyləşib. Əyləncə Nazirliyi tərəfindən “Santa Məktəbi” ardıcıl 25-ci ildir ki, Londonda təşkil olunur. Santa olmağa namizəd olan şagirdlər günə buz üzərində məşqlə başlayırlar, çünki konki sürməyi mənimsəmək Santa üçün vacib bacarıqdır. Həmçinin onlara bacalardan enmək də öyrədilir. Santa istənilən bacadan enməyi bacarmalıdır. Onun komandası isə Milad mahnıları üzərində çalışır. Ünsiyyət qurmaq da Santa üçün vacib cəhətdir, ona görə də növbəti dərs eşitmə məhdudiyyəti olan uşaqlarla ünsiyyət qurmaq üçün işarə dilini öyrənməyə həsr olunur.

Məktəbdə öyrədilən ən vacib məqamlardan biri də odur ki, Santa heç vaxt uşağa xüsusi bir hədiyyə vəd etməməlidir, əvəzində elə etməlidir ki, verdiyi hədiyyə uşağın xoşuna gəlsin. Santa Klausun görünüşü də önəmlidir. Kəmər toqqa həmişə qarnının ortasında olmalıdır. Böyük Britaniyanın "Mirror" qəzeti yazır ki, Santanın sehri onun gözlərindəki gülüşlə ötürülür, bu da uşaqlarla onun arasında xüsusi bağ yaradır. 

Törə Zeynallı
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top