“Piyada keçidi olmayan və sürət həddinin yüksək olduğu yollardan, xüsusilə də genişzolaqlı və çoxzolaqlı yollardan yolu keçən şəxs bilməlidir ki, özünü də, sürücünü də təhlükəyə atır. Həmin anda piyadanın yolun bir tərəfindən digərinə sağ-salamat keçəcəyinə heç kim zəmanət vermir, xüsusilə də günün qaranlıq saatlarında”.
Bunu Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib. O bildirib ki, bəzən günah tamamilə piyadada olsa da, sürücü də məsuliyyətə cəlb edilir:
“Qaydalar belədir. “Yol hərəkəti haqqında” Qanun, İnzibati Xətalar Məcəlləsi və digər qanunlarda sözügedən məsələ bu cür tənzimlənib, qərar da buna uyğun verilir, kiminsə istəyinə görə deyil. Belə hallarda iş artıq təhqiqatçının üzərinə düşür. O, hadisəni dəqiq təhqiq edib, müəyyən etməlidir ki, hadisə necə baş verib, sürücü burada nə dərəcədə məsuliyyət daşıyır, piyadada nə dərəcədə günah olub”.

Qeyd edək ki, bir neçə gün əvvəl gecə saatlarında Olimpiya Stadionunun yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib. Tanınmış həkim, Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov idarə etdiyi “Mercedes” markalı avtomobillə yaşadığı Şağan qəsəbəsi istiqamətində hərəkət edərkən yüksək sürətli avtomobil yolunun piyadalar üçün nəzərdə tutulmayan hissəsində yolu sağdan sola keçən 67 yaşlı türkoloq alim Arif Acaloğlunu vurub. Yaralı aldığı xəsarətlərdən yerləşdirildiyi 3 saylı şəhər Kliniki Xəstəxanasında dünyasını dəyişib.
Törə Zeynallı
Demokrat.az