Kahramanmaraşdakı əraziyə ölkəmizlə əlaqəli ad qoyulsun — TƏKLİF

XARİCİ SİYASƏT 15 noy 2023, 12:00
Milli Məclisin deputatı Musa Qasımlı Kahramanmaraş vilayətində Azərbaycanın tikəcəyi əraziyə ölkəmizlə əlaqəli adın qoyulmasını təklif edib. 

Demokrat.az
Modern.az-a istinadən xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Musa Qasımlı deyib.

“Azərbaycan işğalda olan torpaqlarını azad etdi, bu gün təkbaşın öz maliyyəsi hesabına ərazilərini dirçəldir. Belə şəraitdə Azərbaycanın qardaş ölkəyə yardım etməsi, orada şəhər tikməsi sadə məsələ deyil. Bu gələcək nəsillər üçün də çox əhəmiyyətlidir. Təbii ki, o şəhərin adının qoyulması qardaş ölkənin daxili işidir. Lakin hesab edirəm ki, yeni tikilən şəhərin Azərbaycanla bağlı hər hansı formada adının olması gələcək nəsillər üçün böyük tarixi əhəmiyyat daşıyar”, - deyə o bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top