“Qadınlar üç kişini bir arada istəyirlər” — VİDEO

ŞOU-BİZNES 14 noy 2023, 23:57

Baku TV-də yayımlanan “Qapqara” verilişinin yeni buraxılışı efirə gedib.

Verilişin budəfəki sayının qonağı rejissor, aktyor Kənan Mahmudov olub.

Rejissor özünü dəyişməyə uzun müddət sərf etdiyini söyləyib:

“Mən yalnız özümü dəyişməklə məşğul olmuşam. Bu, uzun müddət alınmayıb. Yaradıcılığımda bəzi şeyləri yanlış etmişəm. Bunun da fərqindəyəm”.

Münasibətlərdən danışan aktyor səhvlə xəyanəti eyni tərəziyə qoymağın düzgün olmadığını vurğulayıb:

“Səhv edən insanı bağışlamaq olar. Amma xəyanət belə deyil. Onu qabaqcadan beynində qurursan. “Təsadüfən xəyanət etdim” deyə bir şey yoxdur”.

K.Mahmudov qadınların kişilərdən gözləntisinin çox olmasından gileylənib:

“Qadınlar üç kişini bir arada istəyirlər: milyonçu, idmançı olsun, işimə qarışmasın. Eləsini tapsam, mən də ərə gedərəm”.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top