Dünən Ümumdünya Yaxşılıq günü idi...
Pisliklərin artdığı, yaxşılıqların azaldığı dövrə gəlib çıxmışıq. İnsanlar sanki yaxşılıq etməkdən qorxur. Yaxşılıq etmək o qədər yaddan çıxıb ki, yaxşı insan görəndə “yazıq yaxşı adamdır” deyirik. Yaxşılıq yazıqlığa bərabər olub...
Onsuz da bütün yaxşılıqların qarşılığı gecikir, yazı geciksə nə olar, deyib, yazar Oğuz Ayvazın da düşüncələrini öyrəndik.

“Dünyada pislik edənlərdən çox nə var ki? Bilirsiniz, niyə dünyada pislik çoxdur? Çünki şər fəal şəkildə maliyyələşdirilir. Yaxşılıq isə əsla.
Yaxşılıq insanın vicdanına və həqiqətinə əsaslanır. Maddi, dünyəvi məsələlər heç zaman yaddaşlarda iz qoymur. Vicdan, mərhəmət, yaxşılıq və həqiqət isə heç vaxt unudulmur. Oskar Uayld hələ bir əsr bundan əvvəl deyib: “Dünyada ən gözəl hiss yaxşı əməli gizli etmək və kiminsə bunun üstünü açmasıdır”. Mənim yaxşılıq etməyim sırf Tanrının yaratdığı situasiyalara əsaslanıb. Qarşılığı isə Tanrı tərəfindən dəfələrlə verilib. Yaxşılıq etmək insanı xoşbəxt edən hissdir. Biz o hissdən özümüzü məhrum etməməliyik, necə ki, yeyilən yemək bölüşüləndə daha gözəl olur. Hər şey qarşılıqlıdır. Hər şey geri qayıdır. Yaxşılıq yaxşılıqla, pislik pisliklə, mülayimlik mülayimliklə. Sən həmişə verdiyin qədər geri alacaqsan. Çox sadədir. Çox almaq istəyirsənsə, çox güc, çox zəhmət, çox sevgi verməlisən. Və bunların hamısı gözləmədiyin bir anda sənə qayıdacaq...”
Törə Zeynallı
Demokrat.az