Tikinti materiallarının ucuzlaşması evlərin qiymətlərinə təsir edəcək? — AÇIQLAMA

GÜNDƏM 13 noy 2023, 21:30
"Tikinti materiallarının qiymətinin artması və ya enməsi daha çox həyət evlərinin inşasına və satış qiymətinə təsir edir. Yeni tikili binalarda istifadə olunan armatur, beton, sement, kərpic və digər tikinti materiallarının böyük hissəsi yerli istehsaldır və qiymətlərində çox vaxt bahalaşma müşahidə olunur". 

Bunu Demokrat.az-a açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev deyib. O bildirib ki, təmir materiallarının qiymətində enmələr həmin mənzillərin satış qiymətinə təsir edir:


"Hazırda bəzi tikinti materiallarının ucuzlaşmasının bəzi səbəbləri var. Artıq paytaxt ərazisində əvvəlki illərdə olduğu qədər yeni binalar inşa olunmur. Bundan əlavə artıq oktyabr ayının 1-dən çıxarışı olmayan həyət evlərinə kommunikasiya xətlərinin çəkilməsi qadağan olunub. Çıxarışsız ərazilərdə fərdi həyət evlərinin tikintisi dayanıb. Tikinti materiallarına tələbat da azalmağa doğru gedir, buna görə qiymətlərdə də enmələr müşahidə olunur. Hazırda Bakı, Abşeron və digər ərazilərdə çıxarışlı torpaqların sayı az, qiymətləri isə bahadır".

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top