Heyvanlardan keçən xəstəliklər — 2050-ci ildə...

MARAQLI 04 noyabr 2023, 22:20
Heyvanlardan insanlara keçən bəzi xəstəliklər 2050-ci ildə 12 dəfə daha çox ölümə səbəb olacaq.  

Demokrat.az “skynews”-a istinadən xəbər verir ki, “British Medical Journal”da (BMJ) bununla bağlı elmi araşdırma nəşr olunub. Elmi araşdırmanın nəticələrinə görə, 1963-2019-cu illər arasında yayılan 3150-dən çox epidemiyaya halı tədqiq edilib və 24 ölkədə 75 yayılma faktı müəyyən edilib.

ABŞ-nin “Ginkgo Bioworks” biotexnologiya şirkətinin tədqiqat qrupu da qlobal ictimai sağlamlığı təhdid edən riskləri aradan qaldırmaq üçün təcili fəaliyyətə çağırıb. Zoonoz xəstəliklərin səbəb olduğu və yayılma riski yüksək olan epidemiyaların iqlim dəyişikliyi və meşələrin məhv olması nəticəsində gələcəkdə daha tez-tez baş verə biləcəyi barədə xəbərdarlıq edilib. 

Komanda 4 xüsusi viral patogen üzərində təhlillər aparıb. Bu viruslara Ebola, Marburq, SARS Koronavirus 1, Nipah virusları və Boliviya hemorragik qızdırmasına səbəb olan Maçupo virusu daxildir. Maraqlıdır ki, tədqiqata Covid-19 virusu daxil edilməyib.

Törə Zeynallı
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 may 2025, 13:29
Top