Sumqayıtda qardaş bacısına xəsarət yetirdi — TƏFƏRRÜAT

KRİMİNAL 03 noy 2023, 12:34
Sumqayıt şəhərində 1988-ci il təvəllüdlü Sənan bacısı Leylaya (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisəni törədən Sənanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sənan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, hadisə günü, saat 21.00-da yaşadıqları evdə bacısı Leyla ilə aralarında şəxsi münasibətlər zəminində söz mübahisələri baş verib: Mübahisə getdikcə dərinləşdi. Bacım Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edəcəyini bildirdi. Bundan sonra bacımın qolundan tutub sıxaraq telefonunu əlindən aldım və boğazından tutaraq onun üz nahiyyəsinə şillə vurdum. Əməlimdən peşmanam”.

Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. 

Bu səbəbdən Sənanın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top