Naxçıvandakı "Duzdağ" hoteli Həmkarlar İttifaqının balansına verildi

SAHİBKARLIQ 01 noy 2023, 14:43
Naxçıvanda yerləşən, vaxtilə "Nəqşıcahan" Holdinqin balansında olan "Duzdağ" hotelinin sahibi dəyişib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hotel Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının balansına keçib. Bununla bağlı, bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Möhbalıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvana səfər edib.

Heyət Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının binasına, Şuranın balansına alınmış "Duzdağ" hotelinə, "Duzdağ Fizioterapiya Mərkəzi"nə, "Darıdağ Arsenli Su Müalicə Mərkəzi" MMC-yə, hazırda tikinti işləri davam edən Darıdağ arsenli su müalicə və istirahət kompleksi və Ağbulaq İstirahət Mərkəzinə baxış keçiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top