Bakının Nizami rayonunda 1978-ci il təvəllüdlü Vahid həyat yoldaşı Sevil və qayınanası Xuramanı (adlar şərti verilib – red.) təhqir edib, hadisə yerinə gələn polislərə müqavimət göstərib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə oktyabrın 28-də Nizami rayonu, İ.Məmmədov küçəsində baş verib.
Vahid həmin küçədəki çoxmənzilli yaşayış binasının qarşısında arvadı və qayınanasının ünvanlarına ucadan nalayiq söyüşlər işlədib, səs-küy salıb. Onların üzərində zor tətbiq olunması ilə nəticələnən xırda xuliqanlıq edib.
Hadisə yerinə gələn Nizami rayon Polis İdarəsinin 24-cü polis şöbəsinin əməkdaşlarının qanuni tələblərinə əməl etməyib, onlara qarşı müqavimət göstərib. Polislərin ünvanına təhqiramiz ifadələr işlədib.
Vahidin barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddələri ilə inzibati qaydada ittiham verilib.
İş araşdırılması üçün Nizami rayon Məhkəməsinə göndərilib. Hakim Nəriman Mehdiyevin sədrliyi ilə baş tutan iclasda izahat verən Vahid bildirib ki, arvadı Sevili çox istəyir, ona görə onu qısqanır: “Bu səbəbdən Sevilin əlindən telefonunu almışam. Dedim ki, polisə gedərik, orada telefonunu verərəm. Oktyabrın 28-də, saat 20.20-də yaşadığımız küçəsindəki 15 nömrəli binanın qarşısında Sevil ilə mübahisələrimiz yarandı. Ona qarşı bəzi ifadələr işlətdim. Lakin həmin vaxt Sevili vurmamışam. Qayınanam Xuraman isə orada olmayıb. Qayınanama qarşı ümumiyyətlə hər hansı hərəkətə yol verməmişəm”.
Vahid deyib ki, o, əsəb xəstəsidir, buna görə dərman içir, müalicə olunur: “Əsəbi olduğumdan sahə inspektoru ilə sözlü mübahisə etdim. Hər hansı qanunsuz hərəkətə yol vermədiyimə görə, onun çağırışı ilə 24-cü polis şöbəsinə getməkdən imtina etdim”.
Zərərçəkmiş Sevilin sözlərinə görə, əri Vahid qısqanclıq səbəbi ilə onunla tez-tez mübahisə edir, onu döyüb incidir: “Bununla bağlı Vahidin barəsində Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə olan cinayət işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatındadır. Bundan başqa, Vahidin 26 oktyabr 2023-cü ildə qarşımı kəsərək məni öldürməklə hədələməsi, telefonumu əlimdən götürərək getməsi ilə bağlı şikayətim əsasında 24-cü polis şöbəsinin təhqiqat şöbəsində araşdırma aparılır. Oktyabrın 28-də, saat 20.20-də yaşadığımız 15 nömrəli binanın qarşısına gələn Vahid mənim və anamın ünvanına ucadan nalayiq ifadələr işlədərək bizi təhqir etdi. Buna görə zəng edərək polisə məlumat verdim. Lakin Vahid hadisə yerinə gələn polisləri nalayiq ifadələrlə təhqir etdi. Bundan sonra Vahidi məcburi qaydada oradan apardılar”.
Məhkəmənin qərarı ilə Vahid 20 gün müddətinə inzibati qaydada həbs edilib.
Fariz Məlikli
Demokrat.az