İran Ordusunun Quru Qoşunları 2 günlük genişmiqyaslı hərbi təlimlərə başlayıb.
Demokrat.az xəbər verir ki, bu barədə ölkənin rəsmi xəbər agentliyi "İRNA" məlumat yayıb.
Bildirilib ki, quru qoşunlarının “1402 Power” adlı təlimində raket, artilleriya, hava, piyada, zirehli, hava-desant, elektron döyüş və müasir döyüş bölmələri iştirak edəcək.
İsfahanın Nəsrabad bölgəsində 2 gün keçiriləcək genişmiqyaslı təlimdə 200-dən çox nəqliyyat və hücum helikopterindən istifadə olunacaq.
Təlimdə quru qoşunlarının mümkün təhlükələrə qarşı döyüş və müdafiə qabiliyyəti qiymətləndiriləcək.
Aysu
Demokrat.az