İsrail ABŞ-də yaşayan 10 minə yaxın insanı səfərbər etdi

DÜNYA 27 okt 2023, 08:46
İsrail Yaxın Şərqdə vəziyyətin pisləşməsi fonunda ABŞ-də yaşayan 10 minə yaxın insanı səfərbər edib.

Demokrat.az
xəbər verir ki, bu barədə “The Washington Post” İsrail diplomatik dairələrində adı açıqlanmayan mənbəyə istinadən yazır.

“ABŞ-da yaşayan 10 minə yaxın insan oktyabrın 7-dəki hücumdan sonra çağırış bildirişi alaraq İsrailə hərbi xidmət gəliblər”, - mənbə qeyd edib.

Bu rəqəmə “İsraillə əlaqəsi olan” ABŞ vətəndaşları və tələbələrlə işçilər kimi digər sakinlər də daxil olduğu vurğulanır.

Fələstin – İsrail münaqişəsinin gərginləşməsi başlayandan bəri İsrail 300 min ehtiyatda olan əsgəri orduya çağırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top