Banqladeşdə dəhşətli qasırğa: 1,5 milyon insan təxliyə edildi

DÜNYA 24 okt 2023, 22:14
Banqladeşdə gözlənilən Hamoon qasırğası səbəbilə insan tələfatının qarşısını almaq üçün 1,5 milyon insan riskli ərazilərdən təxliyə edilib.

Demokrat.az
xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumatda, təqribən 1,5 milyon insanın riskli bölgələrdən təxliyə edilərək müəyyən edilmiş yerlərdə məskunlaşdığı bildirilib.

Həmçinin qasırğanın gecə saatlarında başlayıb sabah səhərə qədər Banqladeş sahillərindən keçmə ehtimalının olduğu qeyd edilib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top