Meşəli faciəsinin şahidi: "Adam kişi olar, etiraf elə" — MƏHKƏMƏ

HADİSƏ 24 okt 2023, 11:27
Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun Meşəli kəndində soyqırım törədənlərdən biri - Xaçaturyan Vaqif Çerkezoviçin cinayət işi üzrə proses keçirilir. 

Demokrat.az xəbər verir ki, zərərçəkmiş Meşəli kənd sakini Elnarə Ağayeva  Vaqif Xaçaturyana ən ağır cəza verilməsini istəyib. 

Daha sonra zərərçəkmiş Alış Alışov ifadə verib. Deyib ki, Vaqif Xaçaturyanı hadisədən əvvəl görüb:

"Biz elə bildik ki, Badara kənd sakinin hamısı gəlib. Xaçaturyan və qardaşı Qurgen, digər şəxslər gəlmişdi. Vaqif də orada idi. Qənimət əlini qaldırdı. Dedi ki, əlini qaldırma, səni də öldürəcəyik. Balta ilə başından vurdular. Sonra da güllələndilər. Biz o zaman qisasımızı ala bilmədik. Onlar 800 ev idi, biz 80 ev idik. Vaqif də orada olub. Qəniməti oradan öldürəndən orada idi".

Vaqif Xaçaturyan orada olmadığını desə də zərərçəkmiş ona belə cavab verib: "İndi burada boynuna almırsan. Adam kişi olar, etiraf elə. Sən orada yox idin?  25 nəfər şəhid oldu. Çox meyiti də yandırmışdılar. Əlamətləri ilə meyitləri tanıyırıdıq. Bu cür dəhşətli faciə görməmişdik. Qənimətin evindən 4 nəfəri qətlə yetirdilər. Novruz kişi sona qədər döyüşürdü. Qadınlar onun evinə yığışmışdılar. Sonda dedi ki, qoruya bilmirəm. Evdən çıxanda birinci Novruz kişinin qızını vurdular, bütün ailəsini öldürdülər. Çox ağır faciədir. Qarabağda ilk itki verən Meşəli kəndi olub. Vaqif Xaçaturyana ən ağır cəza verilsin".

"Bizim kənddən bu hadisəni çoxusu bilməyib. Xüsusi adamlar gəlib, o hadisəni törədiblər" deyən qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun Meşəli kəndində soyqırım törədənlərdən biri - Xaçaturyan Vaqif Çerkezoviç prokurorun suallarına cavab verən zaman deyib. 

Bildirib ki, sonradan həmin kənddən iki nəfəri öldürdüyünü deyiblər.  Bildirib ki, özü heç bir yerə getməyib və həmin hadisələr zamanı Şuşada olub: "Mən o adam deyiləm".
Zərərçəkmiş Alış Alışov deyib ki, Vaqif Xaçaturyan yalan danışır: "Xaricdən o qədər adam gəlib? Sənin uşağın da gəlmişdi. Sadayın evinin yanında toplaşmışdınız. Deyirsən ki, olmamısan. Bəs havayıdan qırıldı bu 25 nəfər. Bizim yolumuzu kəsirdilər. Donuz saxlayan Xoren var idi. Yola suyu buraxırdılar, maşınımız batırdı. Ərzaq gətirən maşınları atəşə tuturdular. Bizə qarşı nifrətləri var idi".

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top