UEFA İsraillə bağlı qərarını açıqladı

DÜNYA 19 okt 2023, 21:18
Növbəti bildirişə qədər İsraildə heç bir UEFA matçının keçirilməyəcəyinə qərar verilib.

Demokrat.az xəbər verir ki, bu barədə UEFA İcraiyyə Komitəsi məlumat yayıb.

Məlumata əsasən, komitə bütün İsrail ərazisində mövcud təhlükəsizlik vəziyyətini hərtərəfli qiymətləndirdikdən sonra, növbəti bildirişə qədər İsraildə UEFA-nın heç bir matçının keçirilməyəcəyinə qərar verib.

İsrailin “Makkabi Haifa” və “Makkabi Tel-Aviv” klublarından da UEFA-nın bütün müvafiq qaydalarına uyğun olaraq, öz ölkələrinin ərazisindən kənarda ev yarışları üçün stadionlar təklif etmələri tələb olunub.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top