İspaniya Futbol Federasiyasına tanınmış keçmiş hakim rəhbərlik edə bilər

İDMAN 17 okt 2023, 23:35
Luis Rubialeslə bağlı qalmaqaldan və ardınca onun istefasından sonra İspaniya Kral Futbol Federasiyası yeni prezidentini seçməyə hazırlaşır.

Çoxsaylı iddiaçılar arasında geniş futbolsevərlərə yaxşı məlum olan bir ad peyda olub.

Məlumata görə, vakant yeri tutmaq üçün favorit may ayında yaşıl meydançaları tərk edən tanınmış hakim Antonio Mateu Laosdur.

Gözlənilir ki, Laos bir çox klubların, hakimlər korpusunun, FİFA, La Liqa və bir sıra regional federasiya prezidentlərinin dəstəyini alacaq
Qeyd edək ki, Laos federasiyaya prezident seçkilərində iştirak etmək niyyətini hələ rəsmən açıqlamayıb.//Oxu.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top