Hikmət Hacıyev: “Köhnə Füzulinin xarabalıqları işğalın faciəvi xatırlatmasıdır”

SİYASƏT 17 oktyabr 2023, 21:05
“Köhnə Füzulinin xarabalıqları işğalın faciəvi xatırlatmasıdır”.

Demokrat.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Füzuli Şəhər Günü ilə bağlı “X” hesabında etdiyi paylaşımda qeyd edib.

O xatırladıb ki, 2020-ci il oktyabrın 17-də Füzuli Ermənistanın 30 illik hərbi işğalından azad edilib.

“Keçmiş məcburi köçkünlər yeni tikilmiş mənzillərə qayıdır, uşaqlar isə məktəblərə gedirlər. Füzuli şəhərinin gənc sakinləri Füzuli Şəhəri Gününü - 17 oktyabr 2020-ci ildə Füzulinin Ermənistanın işğalından azad edilməsini gözəl konsert proqramı ilə qeyd edirlər. Diplomatik nümayəndələrlə biz də onlara qoşulmaqdan məmnunuq”, - o bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 iyul 2025, 09:35
13 iyul 2025, 09:27
Top