Azərbaycana avtomobil idxalı artıb.
Demokrat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, cari ilin yanvar-sentyabr ayları ərzində ölkəyə, ümumilikdə 72 883 ədəd avtomobil idxal olunub. 2022-ci ilin anoloji dövrü ilə müqayisədə 32% artım müşahidə edilir.
Maraqlıdır, ölkədə yerli avtomobil markalarına maraq nə dərəcədədir?

Nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a bu barədə məlumat verib:
“Hələlik Azərbaycanda ildə 2000-ə qədər minik avtomobili istehsal olunur. Yerli avtomobillərin qiyməti əlçatan olduğu üçün maraq da böyükdür. Bu avtomobillərin hamısı satılır. Yerli avtomobillərdən az istifadə edilməsinin səbəbi istehsalın çox olmamasıdır. Qarşıdan gələn illərdə bu rəqəmin 10 minə qədər qalxacağına ümid edirik”.
Törə Zeynallı
Demokrat.az