Konqoda qayığın batması nəticəsində 40 nəfər öldü

DÜNYA 16 okt 2023, 13:29
Konqo Demokratik Respublikasının Ekvator əyalətində qayığın batması ölümlə nəticələnib.

Demokrat.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, qayıq həddindən artıq yükləndiyi üçün irəliləməkdə çətinlik çəkib və yana əyilərək tamamilə batıb.

Qəza nəticəsində azı 40 nəfər həyatını itirib, 167 nəfər isə itkin düşüb.

Təxminən 190 nəfərin xilas edildiyi qəzada axtarış-xilasetmə işləri davam edir.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top