Müharibə ərzində İsrailə 6 300 raket atılıb

DÜNYA 15 okt 2023, 15:45
Oktyabrın 7-dən İsrail ərazisinə Qəzza zolağından HƏMAS radikal qruplaşması tərəfindən 6 300 raket atılıb.

Bu barədə “Report” “Bu gün İsrail” nəşrinə istinadən xəbər verir.

Qeyd olunub ki, atılan raketlər İsraildə 1 300 nəfərin həlak olmasına səbəb olub, 3 300-dən çox vətəndaş yaralanıb.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top