Sərnişin avtobusu aşdı: 2 ölü, 25 yaralı

HADİSƏ 13 okt 2023, 20:10
Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşaraq aşıb.

Demokrat.az
xəbər verir ki, hadisə ölkənin Şanlıurfa vilayətində yerləşən yanacaqdoldurma  məntəqəsində baş verib.

İlkin məlumata görə, qəza nəticəsində 2 nəfər ölüb, 25 nəfər yaralanıb.

Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım və polis qrupları göndərilib.

Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisənin təfərrüatları araşdırılır.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top