Separatçıların keçmiş başçıları Bakıdan ailələrinə ZƏNG ETDİLƏR

GÜNDƏM 13 okt 2023, 15:43
Özünü buraxdığını elan etmiş qondarma “Artsaxın müdafiə odusunun komandan müavini”, general-mayor Davit Manukyan 2 gün əvvəl ailə üzvləri ilə telefon danışığı aparıb.

Demokrat.az
Modern.az-a istinadən xəbər verir ki, bu məlumatı onun qardaşı, Ermənistan parlamentinin deputatı Qeqam Manukyan təsdiqləyib.

Qeyd olunub ki, “Artsax”ın Bakıda həbsdə olan “keçmiş prezidentləri” və “müdafiə naziri” Levon Mnatsakanyan da qohumları ilə telefon əlaqəsi saxlayıblar.

Hazırda Bakıda həbsdə saxlanılan Qarabağ separatçılarının “keçmiş liderləri” bir sıra ittihamlar üzrə təqsirləndirilirlər.

Onların hamısı dörd ay müddətinə həbs edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top