"Deputatların qanunda büdcə təşkilatlarının olmaması ilə bağlı iradları haqlıdır”.
Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Mühasibat uçotu haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı maliyyə nazirinin müavini Azər Bayramov deyib.
“Qanuna bu müddəa salınsa, bu prosesi yalnız dəstəkləyə bilərik. Həmçinin müsbətə doğru düzəliş kimi qeyd edə bilərik”,- deyə o bildirib.
Qeyd edək ki, komitə iclasında çıxış edən deputatlar dəyişiklikdə büdcə təşkilatlarının olmaması ilə bağlı sual səsləndirmişdi. (Modern.az)