Qarabağda 2 mülki şəxs minaya düşdü: Ölən var — YENİLƏNİB

HADİSƏ 13 okt 2023, 10:23
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat verir ki, 2023-cü il 13 oktyabr tarixində Füzuli rayonunun Aşağı Veysəlli kəndi ərazisində minalardan təmizlənməyən ərazidə mina hadisəsi baş verib.

İlkin məlumata əsasən tank əleyhinə mina partlayışı nəticəsində Qazel markalı maşının sürücüsü 1987-ci il təvəllüdlü Əbilov Famil İlyas oğlu həlak olub, Kamaz tipli yük maşınının sürücüsü 2000-ci il təvəllüdlü Bayramov Namaz Nəbadi oğlu xəsarət alıb.

ANAMA bir daha vətəndaşları məsuliyyətli davranmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, tələb olunan qaydalara riayət etməyə çağırır!


***
09.50


İşğaldan azad edilmiş ərazilərdə 2 mülki şəxs minaya düşüb.

Demokrat.az
xəbər verir ki, onlardan biri hadisə yerində ölüb, digər isə ağır xəsarət alıb.

Hazırda əraziyə hüquq-mühafizə xidmətinin əməkdaşları cəlb edilib, minaya düşən şəxslərin ərazidən çıxarılması istiqamətində işlər görülür.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top