Blinken: Mən də bir yəhudi kimi buradayam

DÜNYA 12 okt 2023, 21:24
İsrailə səfər edən ABŞ dövlət katibi Antoni Blinken ABŞ-ın İsrailə güclü dəstəyini ifadə edib.

Demokrat.az
xəbər verir ki, bu barədə xarici media orqanları məlumat yayıb.

Bildirilib ki, ABŞ dövlət katibi Antoni Blinkenin İsrail Baş naziri Benjamin Netanyahu ilə İkitərəfli görüşdən sonra birgə mətbuat konfransı keçirilib.

Konfransda çıxış edən Blinkenin sözlərinə görə, ABŞ münaqişədə İsrailə tam dəstək olacaq:

"Bu gün mən sadəcə ABŞ Xarici İşlər Naziri kimi deyil, həm də bir yəhudi olaraq buradayam. Minlərlə ehtiyatda olan əsgər İsrailə kömək etmək üçün səfərbər edilib. İsrail xalqını cəsarətinə görə təbrik edirik. İsrail özünü müdafiə edəcək qədər güclü ola bilər, amma ABŞ var olduqca bunu heç vaxt etmək məcburiyyətində qalmayacaqsınız, çünki biz hər zaman sizinlə olacağıq".

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top