Dünyanın ikinci ən böyük lotereyası ABŞ-də öz sahibini tapdı

DÜNYA 12 okt 2023, 20:59
ABŞ-ın Kaliforniya ştatında yaşayan şəxs dünya tarixində ikinci ən böyük cekpot olan 1,76 milyard dollarlıq “Powerball” cekpotunu qazanıb.

Demokrat.az
xəbər verir ki, bu barədə Lotereya təşkilatı "The California Lottery" məlumat yayıb.

Məlumata əsasən, 36 həftədir ardıcıl olaraq keçirilən "Powerball"da baş mükafatı hələlik kimliyi açıqlanmayan şəxs qazanıb.

İndiyədək keçirilən 36 tirajda qalib müəyyən olunmadığı üçün transferlə artan və cəmi 1,76 milyard dollara çatan uduşun bileti əyalətdəki “Midway” adlı marketdən alınıb.

Qeyd edək ki, tarixdəki ən böyük lotereya cekpotu 2022-ci ilin noyabrında 2,04 milyard dollarlıq "Powerball" lotereyası olub.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top