Ərdoğan HƏMAS ilə danışıqlar prosesinə başladı

GÜNDƏM 12 okt 2023, 13:43
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan HƏMAS tərəfindən qaçırılan girovların azad edilməsi üçün danışıqlar prosesinə başlayıb.

Demokrat.az
xəbər verir ki, bu barədə Fransanın "AFP" xəbər agentliyinə danışan rəsmi mənbə məlumat verib.

Bildirilib ki, Ərdoğanın göstərişi ilə girovların azad edilməsi üçün işlər aparılır.

Qeyd edək ki, HƏMAS-ın şənbə günü başlatdığı qəfil hücumdan sonra onlarla israilli və əcnəbi girov götürülərək Qəzza zolağına aparılıb.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top