Bakı Media Mərkəzinin 2 əməkdaşı Yay Olimpiya Oyunlarına dəvət olundu

İDMAN 11 okt 2023, 15:30
Bakı Media Mərkəzinin 2 əməkdaşı - Tahir Əliyev və Cavidan Şərifov 2024-cü ildə Parisdə keçiriləcək 33-cü Yay Olimpiya Oyunlarının çəkiliş prosesinə peşəkar mütəxəssis kimi dəvət olunublar.

Demokrat.az
xəbər verir ki, Yay Olimpiya Oyunları müddətində Tahir Əliyev prodüser, Cavidan Şərifov isə yayım rejissorunun köməkçisi kimi çalışacaq.

Onlar xüsusilə atıcılıq yarışı üzrə çəkilişlərin aparılmasında öz dəstəklərini göstərəcəklər.

33-cü Yay Olimpiya və Paralimpiya Oyunları 2024-cü il iyulun 26-dan avqustun 11-dək Fransanın paytaxtı Parisdə keçiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top