Vidadi Həsənov əməliyyat olundu

MƏDƏNİYYƏT 10 oktyabr 2023, 22:28
Xalq artisti Vidadi Həsənov əməliyyat olunub.

Bu barədə sənətçi Bakupost.az-a açıqlamasında bildirib:

“Bir ay əvvəl sol gözümdə problem yarandı. Demək olar ki, görmürdüm. Müayinə zamanı göz dibində at nalı qopması diaqnozu qoyuldu. Dünən əməliyyat etdirdim”.

Aktyor hazırda özünü yaxşı hiss etdiyini qeyd edib:

“Bu gün səhər tezdən öz fəaliyyətimlə məşğulam. Özümü çox yaxşı hiss edirəm, sol gözümün görmə qabiliyyəti isə bərpa olunmaqdadır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 oktyabr 2025, 12:44
Top