“Ən ali peşə” adlı konsert keçirildi — VİDEO

MƏDƏNİYYƏT 06 okt 2023, 10:58
5 oktyabr 17:00-da Azərbaycan Milli Konservatoriyasında Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş Azərbaycan Milli Konservatoriyası, Bülbül Vokal Məktəbi, Azəriproff şirkəti və Asan Radionun birgə təşkilatçılığı ilə “Ən ali peşə” adlı konsert proqramı keçirildi. 

Demokrat.az-ın məlumatına görə, gecəni Xalq artisti, professor, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi açaraq Beynəlxalq Müəllimlər Günü münasibətilə tədrisdə, Azərbaycan Milli Konservatoriyasında böyük xidmətləri olmuş yubilyar müəllimləri, həmçinin müəllimləri müxtəlif fərqlənmə diplomları, fərxri fərmanlarla təltif etdi. Daha sonra Xalq artisti səhnəyə Əməkdar artist, tanınmış vokal ifaçısı Ramil Qasımovu dəvət etdi.

Konsertin ideya müəllifi Əməkdar artist Ramil Qasımov bu gecənin təsadüfü olmadığını qeyd etdi. O bildirdi ki, 2023-cü il “Heydər Əliyev İli”dir və Ümummilli Liderimiz hər zaman müəllim peşəsini yüksək qiymətləndirmiş, “ən ali peşə” adlandırmışdır.

Həmçinin Əməkdar artist bu gün müəllimlərin bizim üzərimizdə olan xidmətinin danılmaz və əvəzsiz olduğunu, bütün müəllimlərin qarşısında baş əydiyini bildirdi. 

 Ramil Qasımov gecənin təşkilində əziz dostu, Xalq artisti Siyavuş Kərimiyə dəstəyi üçün təşəkkür etdi.

Konsertdə Xalq artisti Siyavuş Kərimi, Əməkdar artist Ramil Qasımovun ifasında  Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət lirik mahnılar və xalq mahnıları səsləndirildi. 

Konsert tamaşaçılar tərəfindən yüksək alqışlarla qarşılandı.



 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top